Saytımızı qiymətləndirin


 
 

Türkiyə regionun alimlərini bir məkana yıgacaq
Tarix: 24-09-2021 | Saat: 07:23
Bölmə:Karusel / Region | çapa göndər

 

Türkiyə regionun alimlərini bir məkana yıgacaq

Türkiyənin Şanlıurfa şəhərində “Daş Təpələr”lə bağlı təqdimat mərasimi keçirilib.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, təqdimat mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Nuri Ərsoy Şanlıurfanın bölgənin əsas mədəniyyət mərkəzlərindən birinə çevriləcəyini deyib.

Onun sözlərinə, 2018-ci ildə "Daşlı Təpələr"də aşkarlanan arxeoloji qazıntılar tarixi məlumatları yeniləyib: "Şanlıurfa neolit dövrü araşdırmalar layihəsi çərçivəsində daha 12 qazıntı işləri aparılacaq. Layihə çərçivəsində qədim yaşayış məskənlərinə aid olan arxeoloji qazıntılar aşkarlanıb. Hələ də Şanlıurfanın yeddi ərazisində arxeoloji qazıntılar davam etdirilir.

Gələcəkdə 20-dən çox qazıntı işlərinin aparılması nəzərdə tutulur. Layihənin 2021-2024-cü illərini əhatə edən ilk mərhələsində daha beş ərazisində qazantı işləri aparılacaq".

Nazir əlavə edib ki, gələn il keçiriləcək beynəlxalq dünya neolit konqresi kimi elmi-praktiki konfranslar, eyni zamanda ziyarətçilərin qarşılanması, tanıtım məqsədilə sərgi layihələri, nəqliyyat və infrastruktur xərcləri üçün ümumilikdə 127 milyon lirə vəsait ayrılacağı nəzərə tutulub.

O əlavə edib, layihə çərçivəsində 2019-cu ildə aparılan qazıntıların sayı 20 idi, hazırda ümumi 127 qazıntı aparılır".

Proqramın açılış nitqini "Karahan təpə"ni kəşf edən komandanın rəhbəri professor Necmi Karul çıxışında bir sıra məqamlara aydınlıq gətirib. O qeyd edib ki, çoxmillətli komanda eyni bölgədə eyni vaxtda işləyəcək: "12 min il əvvəl insanların məskunlaşdıqları bu ərazinin tarixi çox genişdir".

Bələdiyyə sədri Zeynal Abidin isə deyib ki, "Daş Təpələrin" tarixi Misir piramidaları ilə müqayisə olunacaq və onunla rəqabətə girə biləcək bir səviyyədədir.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər