Saytımızı qiymətləndirin


 
 

Makronun Putin və Zelenski ilə telefon danışığı olacaq
Tarix: 19-02-2022 | Saat: 12:14
Bölmə:Karusel / Dünya | çapa göndər

Makronun Putin və Zelenski ilə telefon danışığı olacaqRusiya Prezidenti Vladimir Putinin fevralın 20-də fransalı həmkarı Emmanuel Makronla telefon danışığı planlaşdırılır. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Bəli. Belə söhbət prezidentin qrafikində var", - o deyib. 

France-Press agentliyi bu gün Yelisey Sarayına istinadən Makronun bazar günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq və onunla Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə bağlı vəziyyəti müzakirə etmək niyyətində olması barədə məlumat yayıb. 

Agentliyin məlumatına görə, Makron bu gün Ukrayna Prezidenti Vladimir Zelenski ilə də telefon danışığı aparacaq. 

Qeyd edək ki, Putin və Makron sonuncu dəfə fevralın 12-də telefonla danışıb, telefon danışığından bir neçə gün əvvəl, fevralın 7-də isə prezidentlər Kremldə saatlarla üzbəüz danışıqlar aparıblar. Bundan əvvəl, ilin əvvəlindən Rusiya və Fransa liderləri daha üç dəfə telefonla danışıb.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər