Saytımızı qiymətləndirin


 
 

İsrail ordusu Beyrutdakı “Hizbullah” hədəflərini vurub
Tarix: 07-10-2024 | Saat: 07:18
Bölmə:Karusel / Dünya | çapa göndər

İsrail ordusu Beyrutdakı “Hizbullah” hədəflərini vurub

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı hərbi obyektlərinə yeni hücumlar həyata keçirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə onların hədəfləri Beyrutda “Hizbullah”ın hərbi qanadının kəşfiyyat qərargahı, kəşfiyyat məlumat toplama obyektləri, komanda mərkəzləri və təşkilatın istifadə etdiyi digər infrastruktur obyektləri olub.

Bundan əlavə, son bir neçə saat ərzində Beyrut ərazisində “Hizbullah”ın silah anbarlarına da hava zərbələri endirilib. İsrail ordusundan verilən açıqlamaya görə, bu zərbələrdən sonra orada silahların olduğunu göstərən ikinci dərəcəli partlayışlar qeydə alınıb.

"Al Wataniya" xəbər verir ki, şəhərin cənub kənarında yerləşən “Mahallat al-Ruvais” və “Əl-Amrousiya” bölgələrində binalar hava hücumlarına məruz qalıb.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Beyrutun cənubundakı “San-Terez” ətrafında “Hizbullah”ın altı hədəfə zərbə endirib.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər