Saytımızı qiymətləndirin


 
 

17 ildir təqaüd alırmış, xəbəri yoxdur - Video
Tarix: 04-02-2022 | Saat: 07:41
Bölmə:Karusel / Sosial | çapa göndər

17 ildir təqaüd alırmış, xəbəri yoxdur

Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb.

Qarabaginfo.az İTV-yə istindən xəbər verir ki, qadın yaşa görə təqaüd təyin olunması üçün aidiyyəti quruma müraciət edib.

Lakin eşitdiyi və gördüyünə inanmayıb. Aydın olub ki, vətəndaşa 17 il əvvəl görmə məhdudiyyəti olduğuna görə təqaüd təyin edilib.

“Mənə dedilər ki, sizə təqaüd düşmür. Dedim, yaşım tamam olub, səbəbi nədir? Dedi ki, siz pensiya alırsınız. Dedim, axı, mən almamışam pensiya, necə ola bilər? Dedi ki, siz 2005-ci ildən əlilliyə görə pensiya alırsınız”, - Firuzə Əliyeva DOST mərkəzinə müraciət edəndə bu cavabı alıb.

Halbuki əlil deyil və gözləri də tam normal görür. Bundan sonra ona 180 manat pensiya alacağını deyiblər. Şikayətçi deyir ki, 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan Lerik rayonunda yaşayan qadındır. Amma sistemdə sənədlər Firuzə xanımın adına çıxır.

Məsələ ilə bağlı DOST mərkəzindən bildirilib ki, vətəndaşın pensiya müraciəti qeydə alınıb. Qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ona əmək pensiyası təyin ediləcək. Vətəndaşa yaşa görə pensiya isə artıq təyin olunub.

17 ildir pensiya alması ilə bağlı iddialara isə qurumun rəsmisi bildirib ki, problem ciddidir və xüsusi nəzarətə götürülüb. Araşdırmaların nəticəsi barədə açıqlama veriləcək.(Qafqazinfo)



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər