Araik Xocalı ərazisində sement zavodu açdı... -FOTOLAR+VİDEO
Tarix: 20-09-2021 | Saat: 10:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər
413 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-09-2021 | Saat: 10:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.

Qarabaginfo.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.
Əyanilik üçün bu əndrəbadi məxluqun müraciətinin tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq.
“Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik.
Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də onu tam şəkildə həyata keçirdi. İnvestisiya proqramının dəyəri təxminən 2 milyon ABŞ dolları idi. Zavod sementdən başqa, digər tikinti materialları da istehsal edəcək. Əminəm ki, bu materiallar Artsaxdakı genişmiqyaslı tikinti işlərində geniş tətbiqini tapacaq"- Araik belə yazıb.
Amma sement zavodunun konkret hansı Azərbaycan məntəqəsi yaxınlığında tikilməsi barədə məlumat verilmir.
Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, sözügedən sement zavodu Azərbaycanın keçmiş "Əsgəran rayonu" deməli, indiki Xocalı rayonu ərazisində tikilib....
//moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
3-07-2020, 18:36
“Bakı Metropoliteni”: 4 iyul saat 00:00-dan metroda sərnişindaşıma fəaliyyəti dayandırılır
8-07-2026, 11:03
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət edib
19-11-2021, 07:44
Xalqı talan edən GÖMRÜK RÜSUMLARI: "İmkan verin, vətəndaş dolansın"
4-05-2026, 10:07
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
13-08-2022, 10:48
"Yuventus" Depayla razılaşdı
15-01-2022, 12:21
Mingəçevirdə fermadan mal-qara oğurlayan şəxslər tutulub - FOTO
6-07-2025, 11:58
Yaponiyada 5,4 maqnitudalı zəlzələ olub
17-05-2021, 12:26
“Qaragölün ermənilərə verilməsi sənədini Azərbaycan tərəfdən İşxanyan imzalayıb...”
12-09-2023, 15:05
Orta aylıq əməkhaqqı artdı


















