Tarix: 17-09-2021 | Saat: 16:12
Bölmə:Karusel / Sosial | çapa göndər
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, Səbail rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunma prosesi uğurla davam edir.
Qarabaqinfo.az-nın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan xüsusi qayğıya ehtiyacı olan vətəndaşların müraciətləri əsasında aidiyyəti üzrə vaksinasiya aparılan məntəqələrə RİH tərəfindən təhkim olunmuş nümayəndə həkim briqadası ilə birgə qeyd edilən kateqoriyadan olan şəxslərin yaşadıqları ünvanlara gələrək ilk öncə həmin şəxsləri həkim müayinəsindən keçirirlər.
Vətəndaşlarda hansısa xəstəliklərin olub-olmaması öyrənilir, əks göstəriş müşahidə olunmadığı təqdirdə onlar randevu.its.gov.az saytı vasitəsi ilə qeydiyyatdan keçərək COVID-19 xəstəliyi əleyhinə peyvənd olunurlar.
Yaşadıqları ünvanı tərk etmədən COVID-19 xəstəliyi əleyhinə peyvənd olunan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.
Bu kateqoriyadan olan vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər. APA
Digər xəbərlər