Saytımızı qiymətləndirin


 
 

"Əminik ki, yeni kütləvi məzarlıqlar aşkarlanacaq" - MN
Tarix: 10-10-2022 | Saat: 12:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayətlərini təsdiq edir. Əminik ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq".

 

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.

 

Polkovnik bunu I Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımızın itkin düşməsilə əlaqələndirib:

 

"Torpaqlarını azad etməklə Azərbaycan Ermənistanın hərbi cinayətlərinə cavab verib. Bu zaman heç bir beynəlxalq konvensiyanın tələbləri pozulmayıb. 30 il işğal altında şəhərlərimiz, kəndlərimiz, bütün infrastruktur dağıdılıb”.

 

O qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib:

 

“Düşmən bizə mina xəritələrini təqdim etmir, etdikləri xəritələr də tam tələblərə cavab vermir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları tərəfindən 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb”.

 

Polkovnik Laçın və Kəlbəcərdə 44 günlük Vətən Müharibəsindən sonra yeni basdırılmış minaların aşkarlandığını da əlavə edib.



Xəbəri paylaş

151 dəfə oxunub.

Digər xəbərlər