Saytımızı qiymətləndirin


 
 

ABŞ MKİ-nin keçmiş rəhbəri: "Taliban" "Əl-Qaidə" liderinə sığınacaq verir
Tarix: 13-09-2021 | Saat: 07:31
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ MKİ-nin keçmiş rəhbəri: "Taliban" "Əl-Qaidə" liderinə sığınacaq verir"

 

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əz-Zəvahiriyə bu ölkədə sığınacaq verib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu fikri “CBS” telekanalının efirində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbər əvəzləyicisi Maykl Morrell (2012-2013) səsləndirib.

Bildirilir ki, BMT-nin bu yay yayımladığı hesabatında əz-Zəvahirinin “Əfqanıstanda yaşadığı” ilə bağlı çıxarışlar qeyd olunub. Bununla bağlı verilən sualı M.Morrell belə cavablandırıb: “Biz belə düşünürük. Bu o deməkdir ki, “Taliban” bu gün əz-Zəvahiriyə sığınacaq verir, “Taliban” bu gün “Əl-Qaidə”yə sığınacaq verir”.

“Düşünürəm ki, “Taliban” Əfqanıstandakı müharibədə qələbəsi, daha sonra bizim Əfqanıstandan çıxmağımız bütün dünyada cihadçıları tamamilə ruhlandırıb”, - deyə Morrell bildirib.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər