Ana Sayfa > Karusel / Dünya > ABŞ MKİ-nin keçmiş rəhbəri: "Taliban" "Əl-Qaidə" liderinə sığınacaq verir
ABŞ MKİ-nin keçmiş rəhbəri: "Taliban" "Əl-Qaidə" liderinə sığınacaq verir13-09-2021, 07:31. Yazar: Admin |
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əz-Zəvahiriyə bu ölkədə sığınacaq verib. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu fikri “CBS” telekanalının efirində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş rəhbər əvəzləyicisi Maykl Morrell (2012-2013) səsləndirib. Bildirilir ki, BMT-nin bu yay yayımladığı hesabatında əz-Zəvahirinin “Əfqanıstanda yaşadığı” ilə bağlı çıxarışlar qeyd olunub. Bununla bağlı verilən sualı M.Morrell belə cavablandırıb: “Biz belə düşünürük. Bu o deməkdir ki, “Taliban” bu gün əz-Zəvahiriyə sığınacaq verir, “Taliban” bu gün “Əl-Qaidə”yə sığınacaq verir”. “Düşünürəm ki, “Taliban” Əfqanıstandakı müharibədə qələbəsi, daha sonra bizim Əfqanıstandan çıxmağımız bütün dünyada cihadçıları tamamilə ruhlandırıb”, - deyə Morrell bildirib. Geri dön |