Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu: “Rusiya və Ukrayna humanitar dəhlizin hansı istiqamətdə açılmasında razılığa gəlmədilər”
Tarix: 13-03-2022 | Saat: 16:16
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bakan Çavuşoğlu: Azerbaycan için büyük bir zafer

Rus ordusunun Ukraynada irəlilədiyi ərazilərdən, o cümlədən Mariopoldan, Türkiyə və digər ölkələrinin vətəndaşlarının təxliyəsini rusiyalı və ukraynalı həmkarlarımızla martın 10-da üçtərəfli görüşümüz zamanı da müzakirə etdik. Amma təəssüf olsun ki, tərəflər humanitar dəhlizin hansı istiqamətdə açılacağına dair razılığa gələ bilmədi.

Qarabaginfo.az-ın Türkiyə bürosunun xəbərinə görə, bunu Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bəli, bizim Mariopolda qalan vətəndaşlarımız var, amma orada küçə döyüşlərinin getməsi təxliyə prosesinin əngəlləyir. Başqa bir çətinlik orada mobil şəbəkənin işləməməsidir, amma biz onlarla əlaqə saxlamağa çalışırıq. Şəhər mərkəzindən 70 kilometr uzaqda avtobuslarımız gözləyir, amma yenə də, küçə döyüşləri gedən yerlərdən onların təxliyəsi çox çətindir”, - deyə o əlavə edib.

Nazir əlavə edib ki, Türkiyə bu günə qədər Ukrayna ərazisindən 14 min 480 vətəndaşı təxliyə edib.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər