Saytımızı qiymətləndirin


 
 

Təhsil naziri beynəlxalq ictimaiyyətə müraciət edib
Tarix: 09-09-2021 | Saat: 12:28
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Emin Əmrullayev: Noyabrın 2-dən etibarən təhsil bu və ya digər formada yenidən bərpa olunacaq - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Bu gün - 9 sentyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 74/275 saylı qətnaməsinə əsasən Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququ məhdudlaşdırılıb".

Qarabaginfo.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, Ermənistanın azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində şagirdlər həyatını itirib, məktəblərimiz məhv edilib, yaxud qəzalı vəziyyətə düşüb: "Bütün dünya ictimaiyyəti törədilən bu vəhşiliklərə qarşı birlikdə səsini ucaltmalı, uşaqların təhlükəsiz gələcəyi üçün biganə qalmamalıdır. Təhsil Nazirliyi olaraq hər bir vətəndaşımızı 

#EducationUnderAttack

 və 

#UnitetoProtect

 həştəqləri altında ediləcək paylaşımlara dəstək olmağa çağırırıq".



Xəbəri paylaş

337 dəfə oxunub.

Digər xəbərlər