Saytımızı qiymətləndirin


 
 

İsrailin ötən ilki silah satışları rekord qırıb
Tarix: 14-04-2022 | Saat: 00:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

İsrail 2021-ci ildə 11,3 milyard dollarlıq silah satışı həyata keçirib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlıq İdarəsi məlumat yayıb.

Qeyd olunan rəqəm İsrail üçün rekorddur.

İsrail 2020-ci ildə 8,55 milyard dollar dəyərində müdafiə ixracı həyata keçirib. 2021-ci ildə əvvəlki illə müqayisədə 30% artım qeydə alınıb.

Avropa İsrailin müdafiə sənayesi üçün ən böyük bazar olub. İsrail silahlarının 41%-ni Avropa ölkələri alıb.

Avropadan sonra ən çox İsrail silahlı alan region 34%-lə Asiya-Sakit okeandır. 

İsrail ən çox raket və hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları, radar və radioelektron mübarizə vasitələri, kəşfiyyat və kiber sistemlər, eləcə də təlim avadanlıqları satıb.



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər