Saytımızı qiymətləndirin


 
 

Hacı Şahinə qarşı təxribat
Tarix: 01-04-2022 | Saat: 15:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Hacı Şahinə qarşı təxribat

 


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şhin Həsənli çıxışı zamanı təxribatla üzləşib. 

Qarabaginfo.az xəbər verir ki, hadisə din xadiminin ənənəvi cümə xütbəsi zamanı baş verib. Belə ki, xütbədə iştirak edən şəxslərdən biri çıxışı zamanı Hacı Şahini təhqir edib.

Xütbədə olan şəxslər təxribatçını hadisə yerindən uzaqlaşdırıblar.

Hadisə ilə bağlı danışan Hacı Şahin deyib:

“Belə şeylər olur. Mənə bildirdilər ki, əqli problemi olan insandır. Ona görə narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Bu şəkildə nəyəsə fikir bildirmək xütbə zamanı yanlışdır”.



Xəbəri paylaş

255 dəfə oxunub.

Digər xəbərlər