Saytımızı qiymətləndirin


 
 

Naxçıvanda heç kimin kommunal borcu yoxdur
Tarix: 08-09-2021 | Saat: 10:05
Bölmə:Karusel / Sosial | çapa göndər

Naxçıvan Muxtar Respublikası üzrə 2021-cı ilin avqust ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

 

Qarabaginfo.az "Modern"ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% nəticə ilə yerinə yetirilib.

 

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

 

 

Həmçinin Dövlət Energetika Xidməti üzrə 2021-ci ilin avqust ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

 

Qeyd olunub ki, avqust ayında texniki itki nəzərə alınmaqla verilən 44 milyon 154 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 715 min 300 manat olub, cəmi 3 milyon 712 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.



Xəbəri paylaş

301 dəfə oxunub.

Digər xəbərlər