Saytımızı qiymətləndirin


 
 

Azərbaycan hərbçiləri Fərrux ətrafındakı Daşbaşı yüksəkliyində qalır - Ermənistan KİV-ləri
Tarix: 29-03-2022 | Saat: 11:34
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 Azərbaycan hərbçiləri Fərrux ətrafındakı Daşbaşı yüksəkliyində qalır - Ermənistan KİV-ləri

 


Qarabağdakı separatçılar Azərbaycan Silahlı Qüvvələrinin Xocalı rayonunun Fərrux kəndi istiqamətindən əvvəlki mövqelərinə qaytarılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə danışıqları davam etdirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərində dərc olunmuş informasiyada bildirilib.

Qeyd olunur ki, Qarabağda əməliyyat-taktiki vəziyyət gərgin olaraq qalmaqda davam edir.

Eyni zamanda bildirilib ki, martın 28-də atəşkəs rejiminin əhəmiyyətli dərəcədə pozulması halı qeydə alınmayıb.

Separatçıların yaydığı məlumatda o da vurğulanır ki, Azərbaycan hərbçiləri Fərrux kəndi yaxınlığındakı Daşbaşı yüksəkliyində (ermənilər Qaraqlux yüksəkliyi deyirlər- red.) tutduqları yeni mövqelərdə qalmaqda davam edir.

“Ötən gün ərzində mövqe dəyişikliyi baş verməyib”, - deyə məlumatda bildirilib.

Erməni tərəfi separatçılara məxsus hərbi birləşmələrin Daşbaşı yüksəkliyi istiqamətində əlavə qabaqlayıcı və çəkindirici tədbirlər gördüyünü qeyd edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin 27 mart 2022-ci il tarixli son açıqlamasında Ordumuzun Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş vermədiyi bildirilib.

“Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir”,-deyə açqılamada vurğulanıb.

Qeyd edək ki, Xocalı rayonunun Fərrux kəndi ətrafındakı Daşbaşı yüksəkliyindən Əsgəran da, Xankəndi də görünür...

Hərbi baxımdan strateji Daşbaşı yüksəkliyindəki mövqelər böyük əməliyyat-taktiki əhəmiyyət kəsb edir.\Modern.az



Xəbəri paylaş

262 dəfə oxunub.

Digər xəbərlər