Saytımızı qiymətləndirin


 
 

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib
Tarix: 26-08-2026 | Saat: 17:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko

 

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycanın Birinci vitse-prezidentini ad günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi görüşlərini məmnunluqla xatırlayıb, onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafında rolunu vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər