Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib
Ana Sayfa > Karusel / Siyasət > Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib


26-08-2026, 17:56. Yazar: Admin

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko

 

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycanın Birinci vitse-prezidentini ad günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi görüşlərini məmnunluqla xatırlayıb, onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafında rolunu vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.


Geri dön