Saytımızı qiymətləndirin


 
 

Pirallahıda mağazalarda maskadan istifadə etməyən şəxslər cərimələnib
Tarix: 07-09-2021 | Saat: 15:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Pirallahıda mağazalarda maskadan istifadə etməyən şəxslər cərimələnib

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə polis tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Pirallahı rayonunda davam etdirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində mağazalarda və digər ticarət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.



Xəbəri paylaş

1306 dəfə oxunub.

Digər xəbərlər