Saytımızı qiymətləndirin


 
 

Rövşən Əkbərovun oğlu ölkədən qaçdı - Foto
Tarix: 03-09-2021 | Saat: 17:28
Bölmə:Karusel / Hadisə | çapa göndər

Rövşən Əkbərovun oğlu ölkədən qaçdı - Foto

21 il öncə Ukraynada iş adamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinərək həbs edilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə mərhum E.Əliyevin ailəsinin vəkil Elçin Sadıqov məlumat verib.

O, polis şöbəsi ilə əlaqə saxladığını, Telman Əkbərovun ona hücum etməsi faktı ilə bağlı şikayətinin araşdırılması ilə maraqlandığını deyib: “Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman Əkbərov 2 sentyabr 2021-ci il tarixdə ölkəni tərk edərək Türkiyəyə getdiyi üçün onun dindirilməsi hələ mümkün olmayıb”.

Xatırladaq ki, sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən iclas zamanı Elçin Sadıqov Rövşən Əkbərovun oğlunun ona hücum edərək xəsarət yetirdiyini bildirib.(Yenisabah.az) 

Rövşən Əkbərovun oğlu ölkədən qaçdı - Foto


Xəbəri paylaş

1327 dəfə oxunub.

Digər xəbərlər