Saytımızı qiymətləndirin


 
 

NATO-nun 3 ölkəsi Avropada qoşunlar üçün dəhliz yaradır
Tarix: 31-01-2024 | Saat: 16:48
Bölmə:Karusel / Dünya | çapa göndər

Niderland, Almaniya və Polşa qoşunların və ordu texnikasının hərəkəti üçün hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzalayıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Niderland müdafiə naziri Kaysa Ollonqren məlumat verib.

Onun sözlərinə görə, Avropa ölkələrinə əsgərlərin səmərəli hərəkəti üçün “Hərbi Şengen” lazımdır ki, bu da Avropanı daha güclü edəcək.

“Hərbi personalı və texnikanı daha sürətli və səmərəli şəkildə daşımaq üçün bizə “Hərbi Şengen” lazımdır. Bu, Avropanı daha güclü edəcək. Biz mühüm addım atdıq. Polşa, Almaniya və Niderland hərbi dəhlizin yaradılması haqqında bəyannamə imzaladılar”, – nazir qeyd edib.



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər