Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: "Lazım gələrsə, "Taliban"ın quracağı hökumətlə də görüşüb ortaq mövzularımızı danışacağıq
Tarix: 19-08-2021 | Saat: 22:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ərdoğan: "Lazım gələrsə, "Taliban"ın quracağı hökumətlə də görüşüb ortaq mövzularımızı danışacağıq"

 

"Ən önəmli məqsədimiz Əfqanıstanın sabitliyi və təhlükəsizliyi olduğundan, lazım gələrsə, "Taliban" tərəfindən qurulacaq hökumətlə də görüşüb ortaq mövzularımızı danışacaıq”.

Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Prezident Amerikanın Əfqanıstandan çəkilməsindən sonra bu ölkədə müxtəlif təşəbbüsün göstərilməsi ilə bağlı Türkiyə tərəfindən danışıqlar aparıldığını vurğulayıb: "Ancaq "Taliban" ölkəni, demək olar ki, bütünlükdə nəzarətə götürdükdən sonra tamamilə başqa vəziyyət yarandı".

R.T.Ərdoğan hazırda ölkəsində qanunsuz miqrantlarla bağlı narahatlıqların yaşadığını bildirərək deyib ki, Türkiyə xaricdən köç axınının qarşısını almaq üçün müvafiq tədbirlərini davam etdirir: "Türkiyədə 180 mini qeydiyyatdan keçmiş, 120 mini qanunsuz miqrant olan əfqanıstanlı var. Son 3 ildə tutulan qanunsuz miqrantların yarısı Əfqanıstandandır. Ölkəmizin 1 milyon əfqanıstanlı qəbul etdiyi haqqında yayılan məlumatlar isə yalandır, məqsədlidir. Türkiyə kim istəyirsə əl-qolunu sallaylb girə biləcəyi ölkə deyil və ölkəmizin Avropanın qaçqın-köçkün anbarı olmaq kimi bir vəzifəsi və öhdəliyi də yoxdur".



Xəbəri paylaş

1252 dəfə oxunub.

Digər xəbərlər