Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın nə qədər kərə yağı ehtiyatı var?
Tarix: 05-09-2025 | Saat: 23:23
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Picture background

2024-cü ildə Azərbaycanın ümumi kərə yağı ehtiyatları 56 min 084 ton təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, 2023-cü illə (45 691 ton) müqayisədə ümumi ehtiyatların 10 min 393 ton və ya 22,7% artması deməkdir.

İstehsal
2024-cü ildə ölkədə 28 min 975 ton kərə yağı istehsal edilib. Bu, illik müqayisədə yerli istehsalın 1 988 ton və ya 7,4% artması deməkdir. 2023-cü ildə bu göstərici 26 min 987 ton olmuşdu.

İdxal
2024-cü ildə ölkəyə 24 508 ton kərə yağı idxal olunub. Bu, ötən illə müqayisədə idxalın 8 545 ton və ya 53,5% kimi kəskin artdığını göstərir. 2023-cü ildə idxal 15 min 963 ton təşkil etmişdi.

İlin əvvəlinə qalıq
2024-cü ilin əvvəlinə olan qalıq kərə yağı ehtiyatı 2 min 601 ton olub. Bu da ötən ilin müvafiq dövrü (2 min 741 ton) ilə müqayisədə ehtiyat qalıqlarının 140 ton və ya 5,1% azaldığını göstərir.



Xəbəri paylaş

28 dəfə oxunub.

Digər xəbərlər