Saytımızı qiymətləndirin


 
 

Baş danışıqçı: COP29 maliyyələşmə ilə əlaqədar mühüm qərarlar verilməsinə imkan verəcək
Tarix: 31-10-2024 | Saat: 12:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Danışır təcrübə” layihəsinin qonağı xarici işlər nazirinin müavini Yalçın Rəfiyev olub |Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

COP29 maliyyələşmə ilə əlaqədar mühüm qərarlar verilməsinə imkan verəcək. Bu qərarlar verildiyi təqdirdə biz kifayət qədər əhəmiyyətli prosesin başlamasına təkan verəcəyik. Çünki maliyyə bir çox məsələlərin həll edilməsində mühüm rol oynayır.

Qarabaginfo.az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyəti birbiri ilə əlaqədardır. Burda yalnız 13-cü məqsəddən söhbət getmir, istənilən məqsəd bu və ya digər mənada iqlimlə əlaqədardır.

"Eyni zamanda, Bakıda iqlimlə bağlı 60-a yaxın qərarların verilməsi nəzərdə tutulur", - o əlavə edib.



Xəbəri paylaş

38 dəfə oxunub.

Digər xəbərlər