Saytımızı qiymətləndirin


 
 

DMX “Rossiya Seqodnya”nın iki əməkdaşının müvəqqəti yaşama icazəsini uzatmayıb
Tarix: 10-06-2022 | Saat: 21:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

DMX “Rossiya Seqodnya”nın iki əməkdaşının müvəqqəti yaşama icazəsini uzatmayıb

Dövlət Miqrasiya Xidməti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakı Filialının əməkdaşları barədə açıqlama yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə

“Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus Respublikası vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması ilə bağlı müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən baxılaraq miqrasiya qanunvericiliyin tələblərinə əsasən bu icazələrin uzadılmasından imtina edilib. Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib.

Adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməyib. Bu şəxslər Azərbaycan Respublikasına yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər.



Xəbəri paylaş

1638 dəfə oxunub.

Digər xəbərlər