Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda DSK-ların yenidən formalaşdırılması prosesinə başlanılıb
Tarix: 19-08-2021 | Saat: 16:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Milli Məclisdə Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanıb.

Qarabaginfo.az Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçirilir.

İclasın gündəliyinə MSK-nın 13 fevral, 15 fevral, 17 fevral, 18 fevral, 19 fevral, 20 fevral, 21 fevral, 22 fevral, 23 fevral, 24 fevral, 25 fevral 2020-ci il və 27 aprel 2021-ci il tarixli iclas protokollarının təsdiq edilməsi və Respublika üzrə dairə seçki komissiyalarının yenidən formalaşdırılması məsələləri daxildir.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 dairə seçki dairəsini formalaşdırmalıdır.

MSK sədri bildirib ki, DSK-ları formalaşdırmaq MSK-nın səlahiyyətidir: “Komissiya üzvləri öz namizədlərini irəli sürəndə biz siyasi partiyaların təmsilçilərinin DSK-da üstünlük təşkil etməsini əsas götürürük. Partiyaların rayon şöbələri də öz namizədlərini irəli sürə bilərlər. Biz buna üstünlük veririk. Biz çalışmalıyıq ki, partiyalar yerlərdə də tanınsın, onların yerlərdə də tərəfdarları artsın. Biz artıq bütün dəyərlərimizi inkişaf etmiş ölkələrlə müqayisə edirik. Komissiyalarda da demokratik prinsiplər əsas götürülür. 125 dairədə 3-də bir sayda, yəni hər bir MSK üzvü 375 sayda komissiya üzvü namizədliyi irəli sürə bilər”.

Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlüyünə namizədləri təqdim edəcəklər.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər DSK-nın 9 üzvü olur, onlardan 3-nün namizədliyi deputatları Milli Məclisdə (MM) çoxluq təşkil edən siyasi partiyanı (indiki halda YAP) MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3-nün namizədliyi deputatları MM-də azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan MM deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.

DSK-ların yenidən formalaşdırılması ilə bağlı qərar və qərara əlavə olunan dairə seçki komissiyaları üzvlərinin siyahısı rəsmi mətbuatda dərc olunacaq.

DSK-ların yeni tərkibi barədə məlumat MSK-nın internet səhifəsi vasitəsilə də ictimailəşdiriləcək.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər