Saytımızı qiymətləndirin


 
 

Azərbaycana qrip əleyhinə vaksinlər buna görə gətirilib - Rəsmi açıqlama
Tarix: 10-09-2024 | Saat: 15:19
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Azərbaycana qrip əleyhinə vaksinlər buna görə gətirilib - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycana qrip əleyhinə peyvənd gətirilib. Bu xəbər sosial şəbəkələrdə vətəndaşlar arasında təşviş yaradıb.

 

Qarabaqinfo.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, mövsümi qrip ilə əlaqədar olaraq ölkəmizdə hər il profilaktik tədbirlər həyata keçirilir:

 

“Bura tibb müəssisələrinin fərdi qoruyucu vasitələr ilə təmin olunması, dezinfeksiya işlərinin gücləndirilməsi və əhalinin peyvəndlənməsi prosesi daxildir. Mövsümü qrip əleyhinə peyvəndlənmə artıq uzun illərdir ölkədə həyata keçirilir. Bu prosesin həyata keçirilməsi dünya ölkələri üçün də xarakterikdir”.

 

Sonda qeyd edilib ki, peyvəndlənmə könüllü xarakter daşıyır və əsasən risk qrupuna daxil olan şəxslər üçün tövsiyə olunur.



Xəbəri paylaş

315 dəfə oxunub.

Digər xəbərlər