Saytımızı qiymətləndirin


 
 

“Amfibiya təyyarəmiz Türkiyədə 98 uçuş həyata keçirib” - Nazir müavini
Tarix: 13-08-2021 | Saat: 14:58
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədəki aviasiya vasitələrimiz yanğın bölgələrinə ümumilikdə 1404 ton su boşaldıb.

 

Qarabaginfo.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

 

Onun sözlərinə görə, yanğın bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) 743 nəfərlik şəxsi həyəti, 97 texnikası, 1 helikopteri və 1 amfibiya təyyarəsi fəaliyyət göstərir:

 

“Təyyarə və helikopterimiz Dalaman hava limanının ətrafı, Köyceğiz, Çayırova, Yatağab-Yumaklı, Menteşe-Kocazağ, Milas-Yeniköy, Seyidli-Kəmər, Aydın-Akçaova, Antalya-Kaş, Burduk-Bucak və İzmir şəhərlərində yanğınlara qarşı mübarizə aparıblar”.

 

Nazir müavini, həmçinin qeyd edib ki, amfibiya təyyarəsi 98 uçuş həyata keçirərək yanğın bölgələrinə 837 ton su boşaldıb. Helikopter isə 204 uçuş həyata keçirib və 567,5 ton su səpib.



Xəbəri paylaş

290 dəfə oxunub.

Digər xəbərlər