Saytımızı qiymətləndirin


 
 

İlk ödənişli yol bu tarixdə istifadəyə veriləcək 
Tarix: 04-07-2022 | Saat: 13:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda inşa edilən ilk ödənişli magistral yolun istifadəyə veriləcəyi vaxt açıqlanıb.

 

Bu barədə Qarabaqinfo.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

 

Qurum rəsmisi bildirib ki, magistral yolun tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur:

 

“Buna paralel olan yol da bərpa olunur ki, vətəndaşlar seçim edə bilsinlər. Vətəndaşlar ödənişli yoldan və digər yoldan istifadə edə biləcəklər. Hazırda Bakı-Quba yolunda bərpa işləri aparılır. Tikinti işləri ilin sonuna kimi yekunlaşdırılacaq. Ümumilikdə isə yolun gələn ildən istifadəyə verilməsi nəzərdə tutulub”.

 

Qeyd edək ki, 152 kilometrlik Bakı-Quba-Rusiya yolu ödənişli olacaq. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər