Ana Sayfa > Karusel / Gündəm > İlk ödənişli yol bu tarixdə istifadəyə veriləcək
İlk ödənişli yol bu tarixdə istifadəyə veriləcək4-07-2022, 13:16. Yazar: Admin |
Azərbaycanda inşa edilən ilk ödənişli magistral yolun istifadəyə veriləcəyi vaxt açıqlanıb.
Bu barədə Qarabaqinfo.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, magistral yolun tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur:
“Buna paralel olan yol da bərpa olunur ki, vətəndaşlar seçim edə bilsinlər. Vətəndaşlar ödənişli yoldan və digər yoldan istifadə edə biləcəklər. Hazırda Bakı-Quba yolunda bərpa işləri aparılır. Tikinti işləri ilin sonuna kimi yekunlaşdırılacaq. Ümumilikdə isə yolun gələn ildən istifadəyə verilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, 152 kilometrlik Bakı-Quba-Rusiya yolu ödənişli olacaq. Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər 7 hissədə aparılır. Geri dön |