Saytımızı qiymətləndirin


 
 

“İslahatlar mətbuatının yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib”- Əhməd İsmayılov
Tarix: 11-10-2024 | Saat: 12:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

Əhməd İsmayılov: Peşəkar medianın fəaliyyətinin stimullaşdırılması əsas məqsədlərimizdəndir - AZƏRTAC

Media islahatları zəngin ənənələri olan Azərbaycan mətbuatının simasını müasirləşdirərək onun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib, ictimai rəydə jurnalistin nüfuzunun artırılması yönündə ciddi nəticələrə səbəb olub və ilk dəfə olaraq cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi strateji kurs həyata keçirərək sistemli, konseptual yanaşma sərgiləyib.

Bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Ə.İsmayılov bildirib ki, dünya jurnalistlərinin beyin mərkəzi kimi formalaşmış Şuşa Qlobal Media Forumlarında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.

“Prezident İlham Əliyev öz çıxışlarında dövlətçilik tariximizdə yeni dövrün başlandığını dəfələrlə bildirərək xüsusi vurğulayıb ki, güclü Azərbaycan həmişə bizim hədəfimiz olub. Dövlətimizin başçısı növbəti illərdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri kimi Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsini ön planda qeyd etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilərək iqtisadi inkişafın yeni bir dayaq nöqtəsi olacağını vurğulayır. Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı dövlətin inkişafının yeni mərhələsində daim diqqətdə saxlayacağı istiqamətlər çərçivəsində vətəndaş həmrəyliyini, xalq-iqtidar birliyini və azərbaycançılıq ideologiyasının perspektivlərini nəzərdə tutaraq xalqımızın həmrəyliyini uğurlarımızın əsası kimi göstərib. Hesab edirik ki, dövlətimizin başçısının səsləndirdiyi fikirlər cəmiyyəti ictimai məzmunlu informasiya ilə təmin etmək kimi vacib funksiya yerinə yetirən medianın fəaliyyətində başlıca prioritet və istinad mənbəyidir. Bu baxımdan əminik ki, bugünkü konfransda səsləndiriləcək fikirlər də öz ictimai məzmun və əhəmiyyətinə görə medianın peşəkar fəaliyyətinə öz əhəmiyyətli töhfəsini verəcək”, – deyə Əhməd İsmayılov əlavə edib.



Xəbəri paylaş

60 dəfə oxunub.

Digər xəbərlər