Saytımızı qiymətləndirin


 
 

Müsavat Partiyasının sədr müavininin evində axtarış aparılıb? - DİN-dən açıqlama
Tarix: 03-08-2021 | Saat: 16:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

Müsavat Partiyasının sədr müavininin evində axtarış aparılıb? - DİN-dən açıqlama

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov mətbuatın sorğusuna cavab olaraq bildirib ki, iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub.

Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün B.Əmrahov ondan 500 (beş yüz) manat pul almasına baxmayaraq heç bir müalicə işi aparmayıb.

Həmin şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb.



Xəbəri paylaş

321 dəfə oxunub.

Digər xəbərlər