Tarix: 17-07-2021 | Saat: 13:43
Bölmə:Karusel / Region | çapa göndər
“Mən anlaya bilmirəm, əgər Prezident İlham Əliyev açıq-aşkar sözünü deyirsə, niyə Ermənistan yenidən Azərbaycan tərəfindən hansısa təcavüz və təhlükənin olduğu haqda bağırır?! Əgər Şərqi Zəngəzur varsa, məntiqlə, əlbəttə, Qərbi Zəngəzur da var”.
Moderator.az xəbər verir ki, bunu tanınmış rusiyalı ekspert, İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya regional mərkəzinin ekstremist ideologiyaya qarşı müqavimət kafedrasının məsləhətçisi Yevgeniy Mixaylov bildirib.
“Azərbaycan yeni reallıqlar şəraitində böyük ehtimalla öz tarixi torpaqlarına qayıdacaq və bu, çətin ki, hərbi yolla olacaq. Qədim erməni əraziləri mifi haqda uzun-uzadı danışmaq olar, amma faktdır ki, Zəngəzur 100 il əvvəl, XX əsrin əvvəllərində imperiyanın süqutu və dünyanın bölüşdürüldüyü bir vaxtda Azərbaycandan qoparılmışdı”, - deyə Yevgeniy Mixaylov fikrinin davamında söyləyib
Rusiyalı ekspertin fikrincə, Ermənistanın dövlətçiliyini qoruyub saxlamaq üçün yeganə şansı qalıb və bunu ona Azərbaycan təklif edir: “Bu, Ermənistan dövlətinin inkişafına təkan verə biləcək sülh müqaviləsidir. Azərbaycan Prezidenti qarşı tərəfə məhz bunu çatdırmaq istəyir, amma görünür, Moskvaya arxalanaraq Bakını daima təxribata çəkən dairələr bunu eşitmək istəmir. Amma Rusiya belə vəziyyətə uzun müddət dözməyə hazır deyil. Onun üçün Cənubi Qafqazda sülhün bərqərar olması vacibdir və mən cürət edərək deyə bilərəm ki, Qarabağ söhbətində əsas sülhməramlı olan Rusiyanın iştirakı ilə yaxın aylarda sülh müqaviləsi bağlanacaq. Qarabağ – Azərbaycandır və ermənilərin Dağlıq Qarabağın onlara məxsus olduğu haqda haray-həşirləri artıq keçmişdə qalmalıdır”.
Digər xəbərlər