Saytımızı qiymətləndirin


 
 

Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi
Tarix: 05-07-2021 | Saat: 17:54
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Tovuz döyüşlərinin şəhidinin adına küçə verildi

Ağstafa rayonunun Köçəsgər kəndininin küçələrindən birinə Tovuz döyüşlərində şəhid olan gizir Yaşar Babayevin adına verilib.

Bu barədə şəhidin ailə üzvləri bildirib.

Belə ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Köçəsgər kəndinin 3 nömrəli küçəsinə Y.Babayevin adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş Y.Babayev 1987-ci ilədə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2020-ci ilin iyul ayının 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən döyüşdə şəhid olub.

O, 2012-ci il iyulun 19-da ailə həyatı qurub və 8 ildir övlad arzusunda idi. Y.Babayevin ölümündən 2 gün sonra - iyulun 16-da onun qızı dünyaya gəldi.

Prezident İlham Əliyevin imzaladı sərəncamına əsasən, Y.Babayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. (Report)



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər