Saytımızı qiymətləndirin


 
 

Çingiz Əsgərov: "Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki qanunvericiliyi demokratiyaya xidmət edir"
Tarix: 27-02-2018 | Saat: 10:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

cingiz esgerov avropa mehkemesi etiraf edib ki azerbaycanin secki qanunvericiliyi demokratiyaya xidmet edir

"Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi həm də seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının 1 saylı Protokolunda qanunverici orqanın seçkilərlə bağlı bu öhdəliyi əksini tapıb".

  

"Qarabaginfo"un "Apa.az"a istinadən məlumatına görə, bunu bu gün MSK-nın təşkilatçılığı ilə keçirilən seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

 

Ç. Əsgərov bildirib ki, bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər: "Bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu barədə müraciətləri araşdıra bilər. Ancaq Avropa Məhkəməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyi demokratiyaya xidmət edir. Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub".



Xəbəri paylaş

631 dəfə oxunub.

Digər xəbərlər