Saytımızı qiymətləndirin


 
 

Azərbaycan vətəndaşları Ermənistanda 6 mülk alıb
Tarix: 15-02-2022 | Saat: 13:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan vətəndaşlarının Ermənistanda ən azı 6 mülkü var.


Bu barədə Ermənistanın Daşınmaz Əmlak Kadastrı məlumat yayıb.


"2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib", - qurumun hesabatında deyilir


Daşınmaz Əmlak Kadastrının məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə Ermənistanda mənzil alıblar. Digər 1 mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, 1 ictimai əhəmiyyətli obyekt alınması da qeydə alınıb.
 

Qeyd edək ki, söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir.

"Onların milliyyətcə azərbaycanlı olub-olmadığını deyə bilmərik", - deyə Daşınmaz Əmlak Kadastrından bildirilib.

Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə edilib, 1-i dəyişdirilib. Bundan əlavə, Türkiyə vətəndaşları 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alıblar.(Modern.az)



Xəbəri paylaş

233 dəfə oxunub.

Digər xəbərlər