Saytımızı qiymətləndirin


 
 

"Paşinyan istəyir ki, o çəkicini əlindən alıb başına vuraq, nə olduğunu başa düşsün" - Sarkisyan
Tarix: 15-06-2021 | Saat: 11:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

“Kişi açıq şəkildə deyir ki, səslərin 60 faizini qazanmasa, problemlər olacaq”.

Qarabaginfo.az Qazet.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan "Mənim şərəfim var" blokunun seçkiqabağı təşviqatı zamanı Vanadzor sakinləri ilə görüşü zamanı deyib.

"O, istədiyini edir. İstəyir ki, o çəkicini əlindən götürüb başına vuraq ki, nə olduğunu başa düşsün? O çəkic kimin üçündür?

“Biz hər şeyi gördük - məğlubiyyət, minlərlə gəncin ölümü, vətəndaş müharibəsi. Belə davam edə bilməz”, - deyə Sarkisyan bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın seçkiqabağı təşviqat çərçivəsində sakinlərlə görüşərkən əlinə çəkic alaraq müəyyən ifadələr işlətməsi Ermənistanda birmənalı qarşılanmayıb.

Nikol Pashinyan speaks with a hammer. June 13, 2021


Xəbəri paylaş

1471 dəfə oxunub.

Digər xəbərlər