Saytımızı qiymətləndirin


 
 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir
Tarix: 12-06-2022 | Saat: 14:12
Bölmə:Karusel / Gündəm | çapa göndər

PROGRO - xəbərlər

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin və digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş imkanlar açır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Qeyd edilir ki, Mərkəzdə hazırda 190 benefisiara gün ərzində 3 növbə olmaqla 14 istiqamət üzrə təlimlər keçirilir.

Fəaliyyətə başladığı qısa müddət ərzində Mərkəz tərəfindən əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi, inklüziv teatrlarla birgə tamaşalar, kitab və film təqdimatları, anım tədbiri həyata keçirilib.

Xatırladaq ki, Mərkəz ötən ilin oktyabr ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.



Xəbəri paylaş

1211 dəfə oxunub.

Digər xəbərlər