Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu Türkiyənin NATO-nun iclasında dəstək verdiyi məsələləri açıqlayıb
Tarix: 01-06-2021 | Saat: 17:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

#

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün NATO-nun xarici işlər nazirlərinin iclasına qatılıb.

Türkiyənin Xarici İşlər Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, ilasda 2021-ci il NATO Liderlər Sammitinə hazırlıqlar və bu sammitdə qəbul edilməsi planlaşdırılan NATO-2030 qərarlarına aid planlar, Alyansın gündəmindəki digər mövzularla bağlı müzakirələr aparılıb. Həmçinin Avro-Atlantik bölgəsinin təhlükəsizliyi ilə əlaqəli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

M.Çavuşoğlu telekonfransda Türkiyənin NATO-nun Baş katibi Yens Stoltenberqin NATO-2030 qərarları kontekstində göstərdiyi səyləri dəstəklədiyini bildirib. Türkiyənin XİN başçısı bu qərarların İttifaqı, eləcə də Transatlantik bağları bugünkü strateji mühitdə təsdiqləyərək daha da gücləndirəcəyinə inandığını qeyd edib.

O, iclasda Baş katibin NATO-nun Əfqanıstanın gələcəyindəki rolu ilə bağlı fikirlərini də dəstəkləyib. (APA)



Xəbəri paylaş

1363 dəfə oxunub.

Digər xəbərlər
1-02-2022, 13:22 Sabahın hava PROQNOZU