Yaxın gələcəkdə hərbçilərin döyüş və fiziki hazırlığının yüksəldilməsinə imkan yaradan bütün zəruri ilkin şərtlər və şərait yaradılacaq, yeni, müasir kəşfiyyat vasitələri əldə ediləcək.
Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan "Facebook" səhifəsində bügün erməni kəşfiyyatçılarla görüşü barədə yazısında qeyd edib.
"Mən yeni proqramın başlandığını da elan etdim ki, bu proqram çərçivəsində xüsusi təyinatlıların hərbçiləri ilk olaraq sertifikatlaşdırma prosesində iştirak edəcəklər, nəticədə onların maaşı xeyli artacaq", - nazir bildirib.