Saytımızı qiymətləndirin


 
 

Polşa Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət edəcək
Tarix: 11-04-2022 | Saat: 04:30
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 

Andjey Duda

Polşa hökuməti Katın qırğınına görə beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır.

Qarabaginfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Katın qırğınının 82-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib. 

 

“Soyqırıma görə iddia müddəti yoxdur. Buna görə də, məsələnin beynəlxalq məhkəmədə araşdırılmasını tələb edəcəyik. Müvafiq müraciət yaxın vaxtlarda ediləcək. Bu cinayəti törədənlər müəyyən edilməlidir” – deyə dövlət başçısı vurğulayıb.

Bununla belə, Duda konkret olaraq hansı məhkəməyə müraciət ediləcəyini deməyib.

Qeyd edək ki, 1940-cı ilin aprel - may aylarında SSRİ Xalq Daxili İşlər Komissarlığına tabe olan qüvvələr bir neçə şəhərdə 22 000 polyak zabit və ziyalısını güllələyib. Kütləvi məzarlıqlar ilk dəfə Katın meşəsində aşkar edildiyi üçün bu hadisələr Katın qırğını adlandırılır.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər
31-03-2021, 14:20 Sabahın hava proqnozu