Tarix: 26-04-2023 | Saat: 13:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycanda Türkiyədə 14 mayda keçiriləcək seçkilərlə bağlı məntəqələr fəaliyyət göstərəcək.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı tviter səhifəsində paylaşım edib.
"Prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri üçün Azərbaycanda səsvermə proseduru 5, 6 və 7 may tarixlərində Bakıdakı səfirliyimizdə, Gəncə və Naxçıvandakı baş konsulluqlarımızda 09:00-21:00 saatlarında gerçəkləşdiriləcək. Vətəndaşlarımıza sayğı ilə elan olunur", - deyə o qeyd edib.
DUYURU?
— Cahit Bağcı (@cahitbagci) April 26, 2023
Cumhurbaşkanı Seçimi ve 28.Dönem Milletvekili Genel Seçimi için Azerbaycan’da oy verme işlemi 5-6-7 Mayıs tarihlerinde Bakü Büyükelçiliğimiz,Gence ve Nahcivan Başkonsolosluklarımızda 09-21 saatleri arasında gerçekleştirilecektir.
Vatandaşlarımıza saygıyla duyurulur. pic.twitter.com/gksCpqyEoo
Digər xəbərlər