Ana Sayfa > Karusel / Gündəm > Azərbaycandakı Türkiyə vətəndaşlarının NƏZƏRİNƏ

Azərbaycandakı Türkiyə vətəndaşlarının NƏZƏRİNƏ


26-04-2023, 13:26. Yazar: Admin

 

Azərbaycandakı Türkiyə vətəndaşlarının NƏZƏRİNƏ

 

Azərbaycanda Türkiyədə 14 mayda keçiriləcək seçkilərlə bağlı məntəqələr fəaliyyət göstərəcək.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı tviter səhifəsində paylaşım edib.

 

"Prezident seçkiləri və 28-ci çağırış parlament seçkiləri üçün Azərbaycanda səsvermə proseduru 5, 6 və 7 may tarixlərində Bakıdakı səfirliyimizdə, Gəncə və Naxçıvandakı baş konsulluqlarımızda 09:00-21:00 saatlarında gerçəkləşdiriləcək. Vətəndaşlarımıza sayğı ilə elan olunur", - deyə o qeyd edib.

 

 


Geri dön