Saytımızı qiymətləndirin


 
 

Komitə sədri  “İzvestiya”ya  ermənilərin Azərbaycanda gələcək yaşayışından danışdı…
Tarix: 31-05-2021 | Saat: 11:10
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Komitə sədri  “İzvestiya”ya  ermənilərin Azərbaycanda gələcək yaşayışından danışdı…
“Azərbaycan erməni əhalisinin Hadruta qayıtmasını müzakirə etməyə hazırdır”- “İzvestiya”.
 
“Rəsmi Bakı üçtərəfli razılaşma əsasında Azərbaycan ərazilərində qalmış Qarabağ ermənilərinin öz evlərinə qayıtma ehtimalını istisna etmir”. 
 
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Rusiyanın “İzvestiya”  qəzetinə müsahibəsində söyləyib.
 
“Biz birlikdə yaşamağa öyrənməliyik” başlıqlı müsahibədə Azərbaycan dövlət rəsmisi ərazilərin Ermənistana qaytarılması barədə heç bir söhbət olmadığını vurğulayıb.
 
“Ölkəmiz ən yüksək səviyyədə keçmiş DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayətinin) erməni əhalisinin Azərbaycan ərazisinə inteqrasiya etməyə hazır olduğunu dəfələrlə təsdiqləyib. Lakin ərazidə yaşamaq hüququ əraziləri ələ keçirmək hüququ ilə əvəz edilməməlidir. Bu səbəbdən sualınıza cavab olaraq deyirəm: “Bəli, onlar (ermənilər) bizimlə birlikdə Azərbaycanda münaqişədən əvvəl yaşadıqları kimi, ölkəmizin vətəndaşı olaraq yaşaya bilərlər”-deyə Dövlət Komitəsinin sədri bildirib.
 
Rövşən Rzayev eyni zamanda ermənilərin "Azərbaycanda əvvəllər yaşadıqları kimi (qeyd etmək lazımdır ki,  bugünkü ilə müqayisədə daha yaxşı yaşayıblar) yaşayacaqlarını və  ölkədəki digər xalq və millətlər üçün olduğu kimi, onlar üçün də hər cür şərait yaradılacağına" ümid etdiyini söyləyib.
 
Geri dönmək istəyən ermənilər üçün təhlükəsizlik zəmanətinin olub-olmayacağına dair suala cavab olaraq Rövşən Rzayev Azərbaycanda yaşayan bütün insanlar üçün bunun qarantının dövlətin, konstitusiyasının və qanunlarının olduğunu vurğulayıb. "Bütün bunların qarantı isə ölkəmizin Prezidenti İlham Əliyevdir"- deyə Komitə rəhbəri qeyd edib.
 
Onu da qeyd edək ki,  müsahibənin İz.ru saytında təqdim edilmiş şərhin başlığı “Azərbaycan erməni əhalisinin Hadruta qayıtmasını müzakirə etməyə hazırdır” kimi qoyulub. 

Şərhin sonunda isə belə deyilir: 

“Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşma 10 noyabr 2020-ci ildə imzalanıb. Onun şərtlərinə görə, 1994-cü ildən 2020-ci ilə qədər tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın "təhlükəsizlik zonası" nı təşkil edən yeddi rayon Bakının nəzarətinə keçib. Bu ərazilər arasında əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Hadrut şəhəri də var”. (Moderator.az )



Xəbəri paylaş

1318 dəfə oxunub.

Digər xəbərlər