Saytımızı qiymətləndirin


 
 

Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək
Tarix: 11-12-2024 | Saat: 10:34
Bölmə:Karusel / Multimedia | çapa göndər

Bakı və Ağsu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsi təşkil ediləcək

Bu ilin sonunadək Bakı şəhəri ilə Ağsu rayonu istiqamətində təktezlikli DAB+ radioyayım şəbəkəsinin təşkili nəzərdə tutulur.
Qarabaginfo.az xəbər verir ki, bunu "Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı" adlı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O, bildirib ki, qarşıdakı illər ərzində də ölkədə rəqəmsal radioyayım şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.

"Prezident İlham Əliyevin 24 iyul 2023-cü il tarixində "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" Sərəncamı indiyədək radioyayım sahəsinin inkişafı üçün göstərilən ən böyük dövlət dəstəyidir. Bu Sərəncam çərçivəsində 13,7 milyon manat vəsait ayrılıb. Sözügedən vəsait hesabına FM yayımların bütün ölkə ərazisində genişləndirilməsi təmin edilib", - deyə S.Məmmədov əlavə edib.a



Xəbəri paylaş

215 dəfə oxunub.

Digər xəbərlər