Tarix: 12-11-2021 | Saat: 16:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nəsimi rayon məhkəməsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovu şantaj etməkdə ittiham olunan “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Qarabaginfo.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 26-na təyin olunub.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir. M.Ələkbərov Cinayət Məcəlləsinin “hədə qorxu ilə tələb etmək” maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Mahir Ələkbərov "Mahir Xəttab" imzası ilə tanınır. (virtualaz.org)
Digər xəbərlər