“Ermənistanın susqunluğundan belə məlum olur ki, düşmənə bütün o rayonların minalanmış sahələrinin xəritələri verilib, hansı ki, rəsmi İrəvan indiyə qədər imtina edirdi”.
Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri “Şərəfim var” blokundan deputat Tiqran Abramyan səsləndirib.
“Ermənistanda on hərbi əsirin qaytarılması ilə bağlı danışıqların aparılması məsələsi haqda rəsmi heç nə elan olunmayıb. Azərbaycan tərəfi iddia edir ki, Ermənistan rəsmi Bakıya əvvəllər təqdim etmədiyi mina sahələrinin xəritələrini verib. Səhv etmirəmsə son vaxtlara qədər Ermənistan üç rayonun minalanmış sahələrinin xəritələrini Azərbaycana ötürüb” – deyə Abramyan vurğulayıb.