Tarix: 26-11-2024 | Saat: 11:37
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Milli Məclisdə “Bənövşə gölü” su anbarının bərpası məsələsi qaldırılıb.
Qarabaginfo.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Azər Badamov deyib ki, Qusar şəhərinin yanındakı “Bənövşə gölü” su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib.
“Amma son illər baxımsız qalıb və qurudularaq yararsız hala gətirilib. Dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına gətirib çıxarır. Bu baxımdan su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan Qusar şəhərinin yanında yerləşən “Bənövşə gölü” su anbarının bərpasını diqqətdə saxlanılmasını xahiş edirəm”, - deyə deputat bildirib.
Digər xəbərlər