Saytımızı qiymətləndirin


 
 

Putin KTMT-ya üzv ölkələrin liderləri ilə Qazaxıstandakı durumu müzakirə edib
Tarix: 07-01-2022 | Saat: 17:19
Bölmə:Karusel / Region | çapa göndər

Putin KTMT-ya üzv ölkələrin liderləri ilə Qazaxıstandakı durumu müzakirə edibPutin KTMT ölkələrinin liderləri ilə danışıqlar aparıb

Rusiya prezidenti Vladimir Putin dünən və bu gün KTMT-yə üzv ölkələrin liderləri ilə bir sıra telefon danışıqları aparıb

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib.

O, Putinin Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar apardığını söyləyib.

Həmçinin, onun sözlərinə görə, Putin Qazaxıstan prezidenti Kasım Jomart Tokayevlə dəfələrlə telefonla danışıb: “Qazaxıstandakı vəziyyət və beynəlxalq terrorizmlə mübarizə, Qazaxıstan vətəndaşlarının asayişini və təhlükəsizliyini təmin etmək üçün KTMT mandatı çərçivəsində birgə fəaliyyət müzakirə edilib”.(Apa)



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər