Saytımızı qiymətləndirin


 
 

“Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi heç vaxt dəyişməyəcək, çünki...”
Tarix: 20-05-2021 | Saat: 22:03
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi heç vaxt dəyişməyəcək, çünki...”

 

Elçin Şıxlı: “Əcnəbi jurnalistlərin Azərbaycana səfərləri prosesi davam etdirilməldir”

 

Bu günlərdə Fransadan olan jurnalistlərin Gəncə şəhərinə səfəri təşkil olunub. Səfər əsnasında Vətən müharibəsi dönəmində törədilən erməni vəhşilikləri ilə tanış olan jurnalistlər, gördükləri ilə bağlı təəssüratlarını bölüşüb, baş verənlərdən dəhşətə gəldiklərini bildiriblər.

 

Maraqlıdır, əcnəbi jurnalistlərin bu səfərləri, həmin səfərlərlə bağlı ictimaiyyətə verdikləri məlumatlar mənsub olduqları dövlətlərin rəsmi mövqeyinə də təsir göstərə bilərmi?

 

Qarabaginfo.az xəbər verir ki, Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Təbii ki, əcnəbi jurnalistlərin Azərbaycana dəvət olunması, onların erməni vəhşilikləri ilə yerindəcə tanış edilməsi müsbət addımdır və bu proses bundan sonra da davam etdirilməlidir. Biz əsl həqiqətlər haqqında dünya ictimaiyyətini məlumatlandırmalı, erməni cinayətlərini ifşa etməliyik. Bu baxımdan fransalı jurnalistlərin gəlişi də təqdirəlayiqdir. Təbii ki, bu cür səfərlər əsnasında əcnəbi jurnalistlərin yazdıqları o ölkələrin ictimai rəyi üçün təsirsiz ötüşməyəcək. Ancaq söhbət konkret Fransadan gedirsə, hesab edirəm ki, 2-3 jurnalistin verdiyi açıqlama ilə Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişməycək. Ümüumiyyətlə, Makronun bu məsələ ilə bağlı mövqeyi heç vaxt dəyişməyəcək. Çünki görünən budur ki, o, hansısa məsələlərdə ermənilərdən asılı vəziyyətdədir. Bundan başqa, son vaxtlar onun erməni əsili olması ilə bağlı müəyyən söyləntilər dolaşmaqdadır. Ancaq bir daha qeyd edirəm ki, əcnəbi jurnalistlərin ölkəmizə səfərləri davam etdirilməlidir. Həmçinin, çalışmaq lazımdır ki, onlar mümkün qədər çox müddətdə ölkəmizdə qalsınlar. Erməni vəhşilikləri ilə ətraflı tanış olsunlar. Azərbaycan insanı, Azərbaycan mədəniyyəti, tarixi haqqında daha çox məlumat əldə etsinlər. Bu kimi addımlar ölkəmizin maraqları baxımından əhəmiyyətlidir”.



Xəbəri paylaş

1394 dəfə oxunub.

Digər xəbərlər