Saytımızı qiymətləndirin


 
 

Zəngəzurla bağlı bu gün yeni görüş olacaq
Tarix: 16-05-2021 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zəngəzurla bağlı bu gün yeni görüş olacaq

Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiya və delimitasiyası çərçivəsində aparılan danışıqlar mayın 16-da davam etdiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə News.am Ermənistan Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Bildirilib ki, danışıqların saat 14:00-da davam etdirilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, Sünik (Zəngəzur) mahalının Xndzoresk icması yaxınlığında aparılan danışıqlar mayın 15-də nəticəsiz bitib.

Qeyd edək ki, Ermənistan mediası Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində 3 kilometr irəlilədiyini yazır.

Bildirək ki, İşıqlı Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.



Xəbəri paylaş

1284 dəfə oxunub.

Digər xəbərlər